• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Zelenski Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə getdi

DÜNYA

07 Iyul 2023 | 22:12 | Müəllif: Subhan Mahmudov

Zelenski Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə getdi

Ukrayna prezidenti Volodimir Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün Türkiyəyə gedib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o özünü öz Telegram kanalında yazıb.

“Türkiyədə gərgin bir günü başa vururuq. Prezident Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparırıq”, - deyə Ukrayna lideri yazıb.

Zelenski qeyd edib ki, prezidentlər NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

Qeyd edək ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna lideri Volodimir Zelenski ilə İstanbulda keçiriləcək danışıqların nəticələrini müzakirə etməyə hazırlaşır . “A Haber”in məlumatına görə, Türkiyə və Rusiya başçılarının təkbətək görüşü gözlənilir. Ərdoğanla Putin arasında mümkün danışıqların tarixləri, eləcə də onların dəqiq yeri hələlik məlum deyil. Eyni zamanda, qəzet əlavə edir ki, Türkiyə prezidenti ilə Zelenski arasında danışıqlar təkbətək dialoqla başlayacaq, daha sonra iki ölkənin nümayəndə heyətləri səviyyəsində ünsiyyətə keçiləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026