• Bakı 19° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Zelenski Rusiya ilə danışıqların bərpası şərtini AÇIQLADI

DÜNYA

07 May 2022 | 09:03 | Müəllif: Subhan Mahmudov

Zelenski Rusiya ilə danışıqların bərpası şərtini AÇIQLADI

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, Rusiya ilə danışıqların bərpası üçün ilk addım həmin ölkənin qoşunlarını fevralın 24-dən əvvəlki mövqelərinə geri çəkməkdir.

Bakıvaxtı.az "Report"a istinadən bildirir ki, dövlət başçısı həmçinin qeyd edib ki, "Azovstal"da insanların məhv edilməsi Rusiya ilə istənilən danışıqları qeyri-mümkün edəcək.

"Normal danışmağa başlamağımız üçün genişmiqyaslı işğaldan əvvəl - fevralın 24-dək olan vəziyyəti bərpa etməliyik. Onlar həmin müvəqqəti təmas xəttlərinə və ya bölücü xətlərə çəkilməli və oradakı qoşunları çıxarmalıdırlar", - Zelenski deyib.

Zelenski qeyd edib ki, Rusiya (danışıqlar üçün-red) "bütün körpüləri" dağıtsa da, "bütün körpülərin dağıdılmadığını" hesab edir.

"Ukrayna xalqı məni mini-Ukraynanın Prezidenti kimi yox, Ukrayna Prezidenti seçib", - dövlət başçısı vurğulayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR