• Bakı 11° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Zelenski Şoyqunu lağa QOYDU

DÜNYA

26 Mart 2022 | 09:44 | Müəllif: Subhan Mahmudov

Zelenski Şoyqunu lağa QOYDU

Rusiya müdafiə naziri Sergey Şoyqu ola bilsin ki, ordumuzun hər gün düşmənin canlı qüvvəsini və texnikasını məhv etdiyi Çernobayevkadadır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya müdafiə naziri Sergey Şoyqunun “yoxa çıxmasına” münasibət bildirərkən deyib.

“Deyirlər ki, Rusiya müdafiə naziri harasa yoxa çıxıb. Maraqlıdır, bəlkə o, Çernobayevkaya şəxsən özü gəlmək istəyib?” – Zelenski bildirib.

Qeyd edək ki, artıq bir neçə gündür KİV-də Rusiya müdafiə naziri Sergey Şoyqunun 11 martdan efirlərdə görünmədiyi, səhhətində problemlərin olması ilə bağlı məlumatlar tirajlanır.

Şoyqunun isə iki gün öncə Putinin sədrlik etdiyi Təhlükəsizlik Şurasının operativ iclasında məruzə etdiyi, həmçinin son sutkada ermənistanlı və azərbaycanlı həmkarları ilə telefonla danışdığı rəsmən bildirilib.(axar.az)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026