• Bakı 23° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Zelenski  Türkiyəyə təşəkkür etdi

DÜNYA

13 Oktyabr 2022 | 12:57

Zelenski Türkiyəyə təşəkkür etdi

Ukrayna prezidenti Vladimir Zelenski AŞPA-nın payız sessiyası zamanı videokonfrans vasitəsi ilə çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, o, çıxışında Ukraynaya dəstək olan ölkələrə təşəkkür edib, bu ölkələr sırasında Türkiyənin də adını çəkib.

O, “Azov” alayının hərbi əsirlərinin geri qaytarılmasında oynadığı rola görə Türkiyəyə minnətdarlığını bildirib.

Qeyd edək ki, ötən ay Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 215 məhbusu, o cümlədən ukraynalı sərhədçilər, polislər, hərbçilər və həmçinin “Azov” döyüşçülərini azad etdiyini açıqlamışdı. Əsir mübadiləsi Türkiyənin vasitəçiliyindən sonra, ciddi məxfiliklə aparılan danışıqlar nəticəsində aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026