• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

 Zelenskidən təklif: "O, müharibəni 24 saata dayandırsa..."

DÜNYA

20 Yanvar 2024 | 21:38

Zelenskidən təklif: "O, müharibəni 24 saata dayandırsa..."

"ABŞ-nin keçmiş prezidenti Donald Trampı Ukraynaya dəvət etməyə hazıram, bir şərtlə ki, o, müharibəni 24 saat ərzində dayandıra bilsin".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Britaniyanın “Channel 4 News” telekanalına müsahibəsində deyib. 

"Bəli, zəhmət olmasa, Donald Tramp, sizi Ukraynaya, Kiyevə dəvət edirəm... Müharibə 24 saat ərzində dayandırıla bilərsə, düşünürəm ki, bu, burada olduğum hər gün Kiyevə gəlmək üçün kifayət edəcək”.

Eyni zamanda, Zelenski vurğulayıb ki, əgər varsa, o, Trampın “müharibəyə son qoyma düsturunu” bilmək istərdi.

Xatırladaq ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp Ukraynada müharibəni 24 saat ərzində dayandıra biləcəyini dəfələrlə bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026