• Bakı 22° C

    5.14 m/s

Zəlzələdən sonra uşaqlara necə davranmaq lazımdır?

CƏMİYYƏT

09 Fevral 2023 | 17:15

Zəlzələdən sonra uşaqlara necə davranmaq lazımdır?

Təbii fəlakətlər nəticəsində uşaqlarda baş verə biləcək travmalar gündəlik stressdən çox fərqlidir. Bu cür travmalar insanın heç gözləmədiyi bir vaxtda baş verir və bir çox insanın, əsasən də uşaqların həyatına təsir edən dərin yaralara səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, mövzu ilə bağlı danışan mütəxəssis klinik psixoloq Havva Tecerin sözlərinə görə, zəlzələdə yaşanan travmalar həm uşaqlarda, həm də böyüklərdə güclü çarəsizlik hissləri yaradır və bu, çox uzun müddət insanların həyatına mənfi təsir göstərə bilər.

Psixoloq qeyd edib ki, uşaqların zəlzələ zamanı və sonrasında uzun müddət qorxu yaşaması normal bir proses olsa da, valideyn münasibəti çox önəmlidir. Uşağın zəlzələni şəxsən yaşaması və ya sosial mediadan görüntülərə məruz qalması nəticəsində travma sonrası stress pozğunluğu və depressiyaya səbəb ola bilər. Zəlzələdən sonra ailənin reaksiyası böyük əhəmiyyət kəsb edir.

Uşaq valideynlərin davranışına, danışığına qulaq asmırmış kimi görünsə də, bütün hadisələri təfərrüatı ilə özü üçün qəbul edir. Bu vəziyyətdə uşağın fiziki olaraq izahı çətin olan ağrı, məktəbə getmək istəməməsi, yemək vərdişlərində dəyişiklik, yuxu problemləri, dırnaq yemə kimi narahatlığını basdırmaq üçün hərəkətə keçməsi qaçınılmaz ola bilər.

Zəlzələdən sonra uşaqlarla necə davranmaq lazımdır?

 - Uşaq zəlzələni valideynlərindən soruşduqda bunun təbii fəlakət olduğunu açıq şəkildə izah etməlidir. Qaçıb gizlənməklə sağlam nəticə əldə etmək olmaz.

- Zəlzələnin yenidən baş verəcəyindən qorxduğu üçün valideynləri ilə yatmaq istəməsi normal bir proses olduğu üçün müəyyən müddətə icazə verilməlidir.

- Ailə olaraq öz rejiminizi pozmamağa və uşağınızın iş rejimini pozmamağa diqqət etməlisiniz.

-  Televiziya günün hər dəqiqəsi açıq olmamalıdır. Təbii ki, xəbər almaq sizin ən təbii haqqınızdır, lakin unutmamalısınız ki, övladlarınızın və öz ruh sağlamlığınızın qorunması sizin üzərinizdədir. Sağlam olduğunuz zaman özünüzə, uşağınıza və sevdiyiniz başqalarına faydalı ola bilərsiniz.

-  Əgər uşağınız özünə qapalıdırsa, onunla oynamağa çalışmalı və onu rəsm çəkməyə təşviq etməlisiniz. Uşaqlar üçün rəsm çəkməyin rahatlaşdırıcı və müalicəvi təsirini unutmayın.

-  Ev mühitində böyük səs-küylü davalardan uzaq durmalısınız, uşaq hələ də travmanın təsirini atmamış olarkən ailənin səs-küylü mübahisələri uşaqda dərin yaralara səbəb ola bilər.

- Hadisə qarşısında sakitliyinizi qorumağı bacarmalısınız, bacara bilmirsinizsə, bir mütəxəssisdən dəstək alma yolunu seçməkdə fayda var.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026