• Bakı 22° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Zəlzələdən zərərçəkmiş azərbaycanlılara DƏSTƏK KAMPANİYASI 

Gündəm

31 Yanvar 2023 | 09:46

Zəlzələdən zərərçəkmiş azərbaycanlılara DƏSTƏK KAMPANİYASI 

“Güney Azərbaycanın Xoy şəhərində baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş soydaşlarımıza yardım etməklə məqsədilə bizə bir çox müraciətlər var”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında yazıçı Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz bildirib.

O qeyd edib ki, hazırda bütün milli-mədəni fəallar oraya yardım toplayır və ziyan çəkmiş soydaşlarımıza çatdırır.

“Azərbaycan-İran dövlət sərhədinin bağlı olması və molla rejiminin məsələ ilə bağlı düşmən münasibəti vətəndaş olaraq yardımların məqsədə çatdırılmasını mümkünsüz edib. Buna baxmayaraq az da olsa bu xeyrixah işdə payımız olsun deyə müəyyən yollarla yardımları çatdırmağa hazırıq. Yardıma qoşulmaq istəyən dostlar öz yardımlarını bizə təhvil verə bilərlər”, -deyə S.Aruz bildirib. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR

18 Aprel 2024