• Bakı 32° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Zurabişvili bu tarixdə ofisini tərk etməli olacaq - Kobaxidze

DÜNYA

17 Dekabr 2024 | 12:27

Zurabişvili bu tarixdə ofisini tərk etməli olacaq - Kobaxidze

Bir ölkədə üç de-fakto Prezident ola bilməz.

Bakıvaxtı.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişvilinin səlahiyyət müddəti başa çatdıqdan sonra da prezident qalacağını deməsinə münasibət bildirərkən deyib.

    “Bir ölkədə üç de-fakto prezident ola bilməz. O, (Salome Zurabişvili) özünü Abxaziya və Cənubi Osetiya “prezidenti” səviyyəsində tutur. Biz bunu sadəcə olaraq ciddi qəbul edə bilmərik. Dekabrın 29-da o ofisini tərk etməli olacaq və seçilmiş Prezident Mixeil Kavelaşvili ilə əvəzlənəcək”, - Kobaxidze bildirib.


    SON XƏBƏRLƏR

    17 Iyul 2025