• Bakı 29° C

    6.04 m/s

29 min Sumqayıt sakininə BƏD XƏBƏR
CƏMİYYƏT
13 Avqust 2026 | 16:33

29 min Sumqayıt sakininə BƏD XƏBƏR

Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB Sumqayıt QİS məlumat yayıb.

Bildirilib ki, şəhərin Heydər Əliyev prospektində korroziyaya uğramış diametri 159 mm olan yeraltı ortatəzyiqli qaz xəttinin 225 mm-lik polietilen qaz xətləri ilə əvəzlənməsi ilə əlaqədar yeni çəkilmiş xətlərin qaz mənbəyinə qoşulması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar avqustun 14-də saat 10:00-dan "Şəhər-1" diametri 315 mm olan yeraltı ortatəzyiqli qaz xəttinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Nəticədə Sumqayıtın 1, 2, 3, 4, 5, 7-8-9, 12, 14, 15, 16, 17, 18, 19, 20, 21, 29, 34 və 49-cu məhəllələri, 1, 2, 5 və 6-cı mikrorayonları, Qızılqum və "Betonzavod" əraziləri, həmçinin İnşaatçılar qəsəbəsində yaşayan ümumilikdə 29 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026