• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

ABŞ və İran birbaşa danışıqlar apardı
DÜNYA
19 Iyun 2025 | 22:38

ABŞ və İran birbaşa danışıqlar apardı

İranın xarici işlər naziri Abbas Əraqçi İsraillə hərbi əməliyyatların başlamasından sonra ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla bir neçə dəfə telefonla danışıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan bir neçə diplomata istinadən məlumat yayıb.

Məlumata görə, ilk telefon zəngi Vaşinqtonun təşəbbüsü ilə edilib. Həmin telefon danışığı zamanı ABŞ-nin xüsusi nümayəndəsi Yaxın Şərqdəki münaqişənin nizamlanması üçün yeni təkliflə çıxış edib. Bundan əlavə, Əraqçi və Uitkoff ABŞ-nin mayın sonunda İrana göndərdiyi təklifi müzakirə ediblər.

Agentliyin mənbələri bildiriblər ki, son danışıqlar bu həftə baş tutub.


SON XƏBƏRLƏR

19 Iyun 2025