• Bakı 27° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Günün qürur FOTOSU

GÜNDƏM

20 Iyun 2025 | 00:07

Günün qürur FOTOSU

Xəbər verdiyimiz kimi, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsinin açılışını bildirən rəmzi lenti kəsiblər.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan” məhəlləsini gəzdilər, burada inşa edilmiş mənzillərə baxdılar.

 İlham Əliyev mənzillərdən birində olarkən eyvanda küləyin təsirindən bükülmüş bayrağı düzəldib. Bu mənzərə sosial şəbəkələrdə qürur hissi ilə qarşılanıb.

 


SON XƏBƏRLƏR

19 Iyun 2025