Azərbaycan zəlzələnin ilk günündən Türkiyəyə axtarış-xilasetmə, həkim qrupları göndərib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev iyunun 19-da Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimində bildirib.
Dövlət başçısı ilk olaraq Türkiyə Prezidentinə və xalqına Azərbaycan xalqının salamlarını çatdırıb.
Prezident İlham Əliyev fevralın 6-da baş verən zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət diləyib:
“Zəlzələnin ilk günündən Azərbaycan vətəndaşları öz qardaş yardımlarını Türkiyəyə göstəriblər. Qısa müddət ərzində on minlərlə insan yeni mənzillərlə təmin olunub. Bu, güclü Türkiyənin təzahürüdür və Rəcəb Tayyib Ərdoğanın xalqına bağlılığının göstəricisidir".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın göndərdiyi axtarış xilasetmə qrupu 53 nəfəri dağıntılar altından çıxarıb.