• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Azərbaycanın U-16 millisi Moldovaya qalib gəldi

İDMAN

19 Iyun 2025 | 19:58

Azərbaycanın U-16 millisi Moldovaya qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, U-16 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun yığmanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları Nihat Hüseynzadə, Firdovsi Şeydayev və Cavidan Əlizadə vurublar.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri iyunun 21-də eyni məkanda ikinci yoxlama görüşündə üz-üzə gələcəklər.


SON XƏBƏRLƏR

19 Iyun 2025