• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb

MƏDƏNİYYƏT

19 Iyun 2025 | 15:42 | Müəllif: Əli Hüseynov

Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Çin Xalq Respublikasının Mətbuat və Nəşriyyat Milli Administrasiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, iki ölkə arasında mədəni və ədəbi əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycan və Çin klassiklərinin qarşılıqlı tərcüməsi və nəşrinə başlanılıb.

Bakıvaxtı.az bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.

Bu təşəbbüs çərçivəsində ilk addım 19 iyun tarixində Pekin Beynəlxalq Kitab Sərgisi çərçivəsində atılıb. Şərqi Çin Universitet Nəşriyyatı ilə Azərbaycanın “Təhsil” nəşriyyatı arasında razılaşmaya əsasən, Çin-Azərbaycan Birgə Ekspert Komitəsi tərəfindən ilkin mərhələdə seçilmiş klassik əsərlərin hər iki dilə tərcüməsi və nəşri cari il ərzində həyata keçiriləcək.

Layihənin məqsədi iki xalqın ədəbi irsini qarşı tərəfin oxucusuna daha yaxından tanıtmaq, mədəniyyətlərarası anlaşma və ədəbi körpüləri möhkəmləndirməkdir. Nəşrə hazırlanan əsərlər həm Çin, həm də Azərbaycan ədəbiyyatının klassik nümunələrini əhatə edir və hər iki ölkədə nəşr olunaraq geniş oxucu auditoriyasına təqdim ediləcək.

Tərcümə və nəşr prosesi başa çatdıqdan sonra bu kitabların rəsmi təqdimat mərasimləri 2025-ci il oktyabrın 1-dən 7-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan və Çin nümayəndələrinin iştirakı ilə baş tutacaq.


Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıbAzərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıbAzərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıbAzərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıbAzərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026