• Bakı 21° C

    9.31 m/s

  • USD - 1.7

    EUR - 1.9536

    RUB - 2.1656

Aİ-nin xarici işlər nazirləri Çinlə münasibətləri müzakirə ediblər
DÜNYA
23 Iyun 2025 | 20:56

Aİ-nin xarici işlər nazirləri Çinlə münasibətləri müzakirə ediblər

Avropa İttifaqı (Aİ) Çinlə münasibətlərinə real yanaşmalıdır.

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Çin Aİ-nin ən böyük ticarət tərəfdaşlarından biridir. Biz iqlim dəyişikliyi kimi məsələlərdə yaxından əməkdaşlıq edirik", - o bildirib.

Kallas həmçinin vurğulayıb ki, Çin Rusiyanın müharibəsinə şərait yaradır:

"NATO hesab edir ki, Çin Rusiyanın Ukraynaya qarşı müharibəsində əsas tərəfdaşdır. O, kiberhücumlar həyata keçirir, demokratiyalarımıza müdaxilə edir, məcburi ticarət təcrübələrindən istifadə edir".

Aİ-nin ali nümayəndəsi qeyd edib ki, bütün bunlar Aİ ilə Çin arasında münasibətlərin gələcək məhsuldar inkişafına mane olmaqla, gərginliyə yol açır. Ona görə də bu məsələnin gələn ay keçiriləcək Aİ-Çin sammitindən əvvəl keçiriləcək iclasda müzakirə olunması qərara alınıb.


SON XƏBƏRLƏR

23 Iyun 2025