• Bakı 24° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

“Air Arabia” Azərbaycana uçuşları dayandırdı
DÜNYA
19 Iyun 2025 | 22:16

“Air Arabia” Azərbaycana uçuşları dayandırdı

"Air Arabia” aviaşirkəti Yaxın Şərqdəki vəziyyətlə əlaqədar Azərbaycan, Ermənistan, Gürcüstan, İran və İraqa uçuşları iyunun 30-dək dayandırıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aviaşirkətin saytında məlumat verilib.

Daşıyıcının açıqlamasında deyilir ki, uçuş məhdudiyyətlərinin uzadılması qərarı “mövcud vəziyyət və hava məkanının bağlanması ilə əlaqədar” qəbul edilib.

Qeyd olunur ki, Şarja və ya Əbu-Dabidən tranzitlə bu ölkələrə gedən sərnişinlərin yola salınma nöqtəsində minməsinə icazə verilməyəcək.

Müntəzəm reyslərin müvəqqəti olaraq ləğv edilməsi ilə əlaqədar turizm paketi çərçivəsində bilet almış sərnişinlərə aviabiletin alındığı yerlə əlaqə saxlamaları tövsiyə olunub.

 


SON XƏBƏRLƏR

19 Iyun 2025