Hazırda azad olunmuş ərazilərdə 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir, 21 yaşayış məntəqəsinin isə təməli qoyulub..
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetində “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı iclasda bildirilib.
Qeyd edilib ki, azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub.