• Bakı 21° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər
İDMAN
19 Iyun 2025 | 22:46

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində gənclər arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.

Bakıvaxtı.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq yarışda ölkəmiz 7 çəki dərəcəsində 17 cüdoçu ilə təmsil olunacaq.

Milli komandamıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Oğlanlar arasında Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq),
Mehdi Cəfərov, Əbil Yusubov, Nihad Yəhyayev, Abdurrahman Səbzəliyev (hamısı 73 kq), Cəsur İbadlı, Süleyman Şükürov, Mehdi Abbasov (hamısı 81 kq), Əli Qaziməmmədov, Tuncay Şamil, Aslan Kotsoyev (hamısı 90 kq), Davud Namazlı (100 kq), Eldar Əliyev və Ramazan Əhmədov (hər ikisi +100 kq) qalib olmağa çalışacaq.

Qeyd edək ki, turnirdə 37 ölkədən 618 idmançı (372 oğlan, 246 qız) qüvvəsini sınayacaq.


SON XƏBƏRLƏR

19 Iyun 2025