• Bakı 20° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimdə
SİYASƏT
17 Iyun 2025 | 13:30

Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələri birgə təlimdə

Qazaxıstanın Aktau şəhərində Qazaxıstan və Azərbaycanın "Xəzər küləyi - 2025" birgə hərbi təlimləri başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, birgə təlimlər "dəniz iqtisadi fəaliyyəti obyektlərinin, gəmiçiliyin təhlükəsizliyinin artırılmasına" yönəlib.

Təlimlərin açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov və Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov iştirak ediblər.


SON XƏBƏRLƏR