• Bakı 20° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

23 il əvvəl azyaşlı qızını öldürən ananın məhkəməsi başlayıb 
HADİSƏ
17 Iyun 2025 | 17:44

23 il əvvəl azyaşlı qızını öldürən ananın məhkəməsi başlayıb 

2002-ci ildə azyaşlıya qarşı zorakılıq etməkdə təqsirləndirilən İsmayıl Quliyev və azyaşlı qızını boğaraq qətlə yetirməkdə ittiham olunan Alidə Dadaşovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İsmayıl Quliyevin vəkili məhkəməyə vəsatət verib.

Vəkil vəsatətində cinayət işinin prokurorluğa qaytarılmasını və hər iki təqsirləndirilən şəxsin barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub.

İttihama görə, İsmayıl Quliyev Alidə Dadaşovanın azyaşlı qızına qarşı zorakılıq edib. A.Dadaşova isə azyaşlı qızını boğaraq qətlə yetirməkdə təqsirləndirilib.

Belə ki, təqsirləndirilən şəxslər 2024-ci ildə cinayət işi yenidən araşdırılarkən onların yaxın qohumlarının ifadələri əsasında məsuliyyətə cəlb olunublar.

Onlar Cinayət Məcəlləsinin 120.2.1-ci (Qəsdən adam öldürmə – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədildikdə), 120.2.9-cu (Qəsdən adam öldürmə – təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi öldürməklə törədildikdə), 29,120.2.1-ci (Qəsdən adam öldürməyə cəhd – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən), 29,120.2.4-cü (Qəsdən adam öldürməyə cəhd – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla), 29,120.2.9-cu (Qəsdən adam öldürməyə cəhd – köməksiz vəziyyətdə olan şəxsə qarşı) 150.3.3-cü (Cinsi zorakılıq – təqsirkar üçün aşkar köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham olunurlar.


SON XƏBƏRLƏR