• Bakı 21° C

    4.47 m/s

  • USD - 1.7

    EUR - 1.9654

    RUB - 2.1656

Qarabağ” ilk transferini açıqladı
İDMAN
17 Iyun 2025 | 22:28

"Qarabağ” ilk transferini açıqladı

"Qarabağ” yeni mövsüm üçün ilk transferini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağdam təmsilçisi Dani Boltla anlaşıb.

25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Dani Bolt Portuqaliyanın 2-ci liqa klubu “Torreense”dən transfer olunub. O, başa çatan mövsümdə komandasının heyətində 36 oyuna çıxaraq 2 qol vurub və 3 məhsuldar ötürmə edib. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.


SON XƏBƏRLƏR

17 Iyun 2025