Gürcüstanın Marneuli bələdiyyəsinin Tsereteli kəndi ərazisində faciəvi hadisə qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, su kanalından körpə uşaq meyiti aşkarlanıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və ərazi xüsusi təhlükəsizlik lentləri ilə mühasirəyə alınıb.
Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi - “ehtiyatsızlıq nəticəsində ölümə səbəb olma” üzrə istintaq başladılıb.
Hadisənin detalları araşdırılır.