• Bakı 24° C

    6.09 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Azərbaycanlı məktəbli ölkəyə qızıl medal gətirdi
CƏMİYYƏT
19 Iyun 2025 | 21:46

Azərbaycanlı məktəbli ölkəyə qızıl medal gətirdi

Bakı şəhəri 132-134 saylı liseyin şagirdi Mirel Mustafazadə beynəlxalq olimpiadada böyük uğura imza atıb.

Bakıvaxtı.az xəbər verir ki, 3-cü sinif şagirdi Mirel Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən və dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi, “Future Intelligence Students Olympiad” (FISO) olimpiadasında ingilis dili fənni üzrə qızıl medal qazanıb.

Öz kateqoriyası üzrə ən yaxşı nəticələrdən birini göstərdiyinə görə, həmyerlimizə qızıl medaldan əlavə “Brilyant mükafat” (Diamond Award) da təqdim olunub.


SON XƏBƏRLƏR

19 Iyun 2025