• Bakı 27° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Bir sıra ölkələr Azərbaycandan kömək istədi - İrandan təxliyə üçün
GÜNDƏM
13 Iyun 2025 | 18:25

Bir sıra ölkələr Azərbaycandan kömək istədi - İrandan təxliyə üçün

İranda yaranmış böhran vəziyyəti bəzi ölkələrin İranda qalmış vətəndaşlarının təxliyəsinə gətirib çıxarıb.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Azərbaycana edilmiş müraciətlər əsasında ölkəmiz İrandan təxliyələrin həyata keçirilməsinə dəstək göstərir.

Görülən müvafiq tədbirlər nəticəsində yaxın günlərdə bir sıra ölkələrin nümayəndələrinin və vətəndaşlarının, İranda səfərdə olan Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfər heyətinin, habelə Rusiya Xalq artisti və rejissor Fyodr Bondarçuk daxil olmaqla, Rusiya və digər ölkələrin vətəndaşlarının olduğu 90 nəfərə yaxın aktyor və incəsənət heyətinin quru yolla İrandan Azərbaycana gətirilməsi nəzərdə tutulur.


SON XƏBƏRLƏR

13 Iyun 2025