Bəzi insanlar ayrılıqdan sonra həyatlarına asanlıqla davam edə bilsələr də, bəzi bürclər üçün keçmişi geridə qoymaq o qədər də asan olmur.
Bakıvaxtı.az xəbər verir ki, astroloqlara görə, emosiyalarına daha çox bağlı olan bəzi bürclər illər keçsə belə köhnə sevgilərini xatırlamağa davam edir.
Siyahının ilk sıralarında Əqrəb bürcü yer alır.
Dərin hissləri ilə tanınan Əqrəblər bir insana bağlandıqda onu həyatlarından tam silməkdə çətinlik çəkirlər. Ayrılıq yaşansın və ya münasibət bitsin, keçmiş sevgiləri uzun müddət onların yaddaşında qala bilir.
Xərçəng bürcü də keçmişi unutmaqda çətinlik çəkənlər arasındadır. Ailə və bağlılıq hissinə böyük önəm verən Xərçənglər yaşadıqları xatirələri tez-tez yada salır və köhnə münasibətlərini uzun müddət düşünə bilirlər.
Balıq bürcü isə romantik təbiətləri ilə seçilir. Astroloqlar bildirirlər ki, onlar ayrılıqdan sonra belə münasibətin gözəl anlarını xatırlamağa meylli olurlar. Bu səbəbdən yeni münasibətə başlamaq onlar üçün daha çətin ola bilər.
Buğa bürcü də siyahıda diqqət çəkir. Sadiq xarakterə malik olan Buğalar münasibətə ciddi yanaşır və bir dəfə bağlandıqları insandan asanlıqla uzaqlaşa bilmirlər. Buna görə də ayrılıqdan sonra uzun müddət keçmişlərini xatırlaya bilirlər.
Aynur Babazadə
Bakı 












