• Bakı 20° C

    3.27 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Bu bələdiyyə rəhbərliyi CHP-dən AKP-yə keçdi
DÜNYA
01 Iyun 2026 | 17:43

Bu bələdiyyə rəhbərliyi CHP-dən AKP-yə keçdi

Türkiyənin Düzcə vilayətinin Akçakoca bələdiyyəsində idarəçilik Cümhuriyyət Xalq Partiyasından (CHP) başqan Ədalət və İnkişaf Partiyasına (AK Parti) keçib.

Bakıvaxtı.az Türkiyə mediasına istinadən xəbər verir ki, Akçakoca bələdiyyəsinin CHP-li sədri Fikret Albayrak barəsində "vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə rüşvət tələb etmə" (irtikap) ittihamı ilə araşdırma başladılıb. İstintaq çərçivəsində bələdiyyə sədri tutularaq vəzifəsindən uzaqlaşdırılıb.

Bu hadisədən sonra bələdiyyə məclisi yeni sədr müavininin (sədr əvəzi) seçilməsi üçün təcili iclas keçirib. Bələdiyyənin iclas zalında baş tutan seçkilərdə AKP-dən Alev Ünal, CHP-dən isə Naim Top namizəd göstərilib.

Keçirilən gizli səsvermənin nəticələrinə əsasən, CHP-li namizəd Naim Top 6 səs topladığı halda, AKP-nin namizədi Alev Ünal 9 səs alaraq Akçakoca bələdiyyəsinin yeni sədr müavini seçilib. Bununla da bələdiyyənin rəhbərliyi müxalifətdən iqtidar partiyasına keçib.

Seçki prosesi başa çatdıqdan sonra partiya nümayəndələri arasında ciddi qarşıdurma və gərginlik yaşanıb. Mübahisənin böyüməsinin qarşısı digər partiya üzvlərinin müdaxiləsi ilə alınıb və zalda sakitlik bərpa olunub.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR