• Bakı 20° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.9597

    RUB - 2.1795

Bu ölkələr ABŞ-İran danışıqlarına ev sahibliyi etməyi təklif edir
DÜNYA
20 Iyun 2025 | 16:46

Bu ölkələr ABŞ-İran danışıqlarına ev sahibliyi etməyi təklif edir

Bir sıra Avropa ölkələri, Türkiyə və Oman ABŞ və İran arasında danışıqların bərpa olunacağı təqdirdə onların öz ərazilərində keçirilməsini təklif edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “CBS News” mənbələrə istinadən məlumat yayıb.

"Türkiyə və Oman, həmçinin İtaliya və Norveç kimi Avropa ölkələri Tehranın belə bir yol seçəcəyi təqdirdə ABŞ və İran arasında birbaşa və ya dolayısı ilə danışıqlara öz ərazilərində ev sahibliyi etməyin tərəfdarı olduqlarını bildirib", - mənbələr bildirib.

Onların sözlərinə görə, İsrailin İrana qarşı hücumları fonunda İran hakimiyyətinin nümayəndələri ilə əlaqə saxlamaq daha çətin olub.


SON XƏBƏRLƏR