• Bakı 30° C

    7.21 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Bu rayonlarda işığın verilişində fasilə olacaq
CƏMİYYƏT
21 Iyul 2025 | 00:04

Bu rayonlarda işığın verilişində fasilə olacaq

Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 110 kV-luq "Cəlilabad" hava xəttində iyulun 21-də təmir işləri aparılacaq.

Bakıvaxtı.az "Azərişıq" ASC-yə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan 11:00-dək Biləsuvarın Ağalıkənd, Amankənd, Dərvişli, Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli, Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

20 Iyul 2025
19 Iyul 2025