• Bakı 27° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9751

    RUB - 2.173

Vyetnamda turist gəmisi aşdı: 18 nəfər öldü

DÜNYA

19 Iyul 2025 | 18:40

Vyetnamda turist gəmisi aşdı: 18 nəfər öldü

Vyetnamın şimalındakı Halonq körfəzində turist gəmisinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 18-ə çatıb.

Bu barədə Bakıvaxtı.az “VnExpress” portalına istinadən xəbər verir.

Son məlumatlara görə, xilasedicilər 18 nəfərin cəsədini sudan çıxarıb, 12 nəfəri xilas etmək mümkün olub.

Bundan əvvəl VnExpress xəbər portalı göyərtəsində 53 nəfərin - 48 turist və 5 ekipaj üzvü olan səyahət gəmisinin Cənubi Çin dənizindəki Halonq körfəzində əlverişsiz hava şəraiti səbəbindən çevrildiyini bildirib.


SON XƏBƏRLƏR