9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri yaxın günlərdə açıqlanacaq.
Bu barədə Bakıvaxtı.az-a məlumatı müvafiq mənbə bildirib.
Bildirilib ki, imtahan nəticələrinin 27–28 aprel tarixlərində elan olunması planlaşdırılır.
Qeyd edilib ki, hazırda qiymətləndirmə prosesi yekun mərhələdədir və nəticələrin vaxtında təqdim edilməsi üçün bütün texniki prosedurlar tamamlanmaq üzrədir.
Qeyd edək ki, buraxılış imtahanında minlərlə abituriyent iştirak edib və nəticələrin açıqlanması həm ali məktəblərə qəbul prosesi, həm də ümumi təhsil pilləsində qiymətləndirmə mərhələsi üçün mühüm əhəmiyyət daşıyır.
Murad İsmayıl
Bakı 












