• Bakı 24° C

    14.18 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0202

Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
CƏMİYYƏT
29 Avqust 2026 | 00:48

Dilqəm Əsgərova qarşı cinayət işi açıldı

Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı Şəmkir Rayon Məhkəməsində cinayət işi başlanıb.

Bakıvaxtı.az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisəyə səbəb ailə daxilində yaşanan insident olub. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətçi olub. O, ifadəsində atasının Şəmkir rayonunun Çinarlı qəsəbəsində ona hücum çəkdiyini və dəmir parçası ilə xəsarət yetirdiyini iddia edib. Faktla bağlı başladılan cinayət işi çərçivəsində K.Əsgərov zərərçəkmiş şəxs qismində tanınaraq məhkəməyə çağırılıb.

İclas sentyabrın 2-nə təyin olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026