Bundesliqanın I turunda “Bavariya” futbol klubu “Ştutqart”ı qəbul edir.
Bakıvaxtı.az klubun saytına istinadla xəbər verir ki, qarşılaşma Münhen təmsilçisinin qapıçısı Manuel Noyer üçün əlamətdar olub. 40 yaşlı qolkiper “Bavariya”nın heyətində 600-cü oyununa çıxıb.
Noyer 2011-ci ildən Münhen klubunun formasını geyinir. O, komandanın heyətində keçirdiyi oyunların sayına görə klub tarixində beşinci pillədə qərarlaşıb.
“Bavariya”da Noyerdən daha çox oyuna Gerd Müller (613), Oliver Kan (632), Sepp Mayer (709) və Tomas Müller (756) çıxıb.
Qeyd edək ki, “Allianz Arena”da keçirilən qarşılaşmada “Bavariya” 1:0 hesabı ilə öndədir.












