• Bakı 13° C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

DİQQƏT: Sabah bu ərazilərdə qaz olmayacaq
CƏMİYYƏT
02 May 2024 | 20:26

DİQQƏT: Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah Saatlı rayonunun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Qaracalar QPS qolu” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək, ümumilikdə 1189 abonenti olan Saatlı rayonunun Qaracalar, Varxankənd, Qaralar, Gomuşçu və Seyidlər kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.


SON XƏBƏRLƏR