İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 93,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Bakıvaxtı.az bu barədə dövlət xidmətinə istinadən xəbər verir.
Bildirilib ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-mart ayları ərzində 14 hərrac keçirilib. Hərraclarda 3 səhmdar cəmiyyətinin səhm paketi və 298 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 79,8 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 141-i qeyri-yaşayış, 1.127-si torpaq sahələri üzrə olmaqla 1.268 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 13,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2026-cı ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 93,6 milyon manat vəsait daxil olub.
Bakı 












