Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti 17–20 may 2026-cı il tarixlərində Böyük Britaniyanın London şəhərində keçirilən Dünya Təhsil Forumunda iştirak edir.
Bu barədə Bakıvaxtı.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, forum “Ortaq gələcək üçün təhsil: sülh, planet, məqsəd və inkişaf yolları” mövzusuna həsr olunub.
Qeyd edilib ki, forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən təhsil nazirləri, beynəlxalq təşkilatlar və strateji tərəfdaşlar bir araya gələrək inklüziv, keyfiyyətli və gələcəyə yönəlmiş təhsil sistemlərinin qurulması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müasir çağırışlara uyğun həll yollarının müzakirəsini aparacaqlar.
Bakı 












