Slovakiyanın Baş naziri Robert Fitso parlamentin antirusiya sanksiyalarına qarşı qəbul etdiyi qətnaməni dəstəkləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə baş nazir özü açıqlamaısnda deyib.
“Biz bu sanksiyaların Slovakiyanın milli maraqlarına zərər vurub-zələməyəcəyi ilə bağlı daxili təhlil aparırıq. Bu, güclü siyasi alətdir. Lakin bizə zərər verəcək bir sanksiya olarsa, heç vaxt ona səs verməyəcəyəm”, – baş nazir əlavə edib.
Qeyd edək ki, bundan əvvəl Slovakiya Prezidenti Petr Pelleqrini anti-Rusiya sanksiyalarının ləğvi ilə bağlı referendum keçirilməsini tələb edən petisiyanı rədd etmişdi./Globalinfo