• Bakı 16° C

    6.35 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Gündəmdə nə var?-  Əkbər Qoşalı yazır
YAZARLAR
01 Dekabr 2022 | 19:51

Gündəmdə nə var?-  Əkbər Qoşalı yazır

Əkbər Qoşalı

Almaniyanın Azərbaycan Respublikasındakı səfirliyi Avropa Birliyinin Bakıdakı nümayəndəliyi ilə birgə insanları “Odda - İki Bacı” (“Sisters Apart”) filminin nümayişinə dəvət etməkdəydi. Filmdə əsas vurğu nəymiş? – PKK-nın, terrorizmin təbliği. – İki Dünya müharibəsinin “fatura”sı adına kəsilmiş Almaniya – faşizmdən rəsmi imtina etsə də, sanki ruhunda hələ də faşizm, nasizm bəsləyən Almaniya qalsın bir yana, faşizmdən sonra şəkillənmiş “mədəni Avropa”nın birliyi niyə sənəti terrorizm təbliğatına alət etsin ki?! Sənət anti-terror mahiyyətlidir, sənət humanizmə tərəfdardır. Bu filmin Azərbaycan Respublikası ərazisində nümayiş etdirilməsi ilk növbədə Azərbaycana, Türkiyəyə, Türk dünyasına, bütün tərəqqipərvər insanlığa qarşı olardı. Edənlər öz ayıblarına kor ola bilmir, ancaq ictimaiyyətimiz belə yaramazlığı qınamağı bacarır, qarşısını almağın bir yolunu bilir əvəl Allah!

Soruşan lazımdır: ey, Almaniya səfirliyi, sən ey, Avropa Birliyi nümayəndəliyi, qarnınızın ağrısı nə? – Siz nəylə uğraşırsız? – Keçənlərdə LGTB təbliğatı aparırdız, indi terrorizm, sırada nəyiniz var? Söylə, baxalım...

***

Terrorizmə dəstək verənlər təkcə Avropadadırmı? Guya “Dini dinimizdən olan qonşu İran” nə edir ki? Allah ağzımı əyməsin, elə bil, “Bizə yurd verəndə, yuva seçəndə, Qalıb arxasınca gözü Allahın” (M.İsmayıl)... Günəşli, işıqlı Azərbaycanın güneyini qaralara boyayan, gölünü qurudan, çayını ayrımçılıq xəttinə çevirən Fars-Molla rejimi bizə qarşı təhdid və təhqirdən əl çəkə bilmir ki bilmir. Özünün o boyda üzüntülərin ola, durub qonşu dövlətlə uğraşmağı 1 saylı məsələyə çevirəsən... Bəli, rejimin problemləri yalnız Arazın bu tayı ilə bağlı deyil, Arazın o tayının da onların olmadığını qəəşşşəng bilirlər!

Əgər rəsmi Tehranın 3-5 ağıllı, uzaqgörən nümayəndəsi varsa, ritorikanı, təhdid məsələlərini yığışdırıb, təhqirə tövbə deməlidir. Yoxsa, gələcək dünya xəritəsində yoxdurlar...

***

Avropanı dedik, güneyi vurğuladıq, bir də soyuq quzey var... Ağ ayı qış gəlincə yuxuya getməliykən, sülhməramsızları vasitəsilə yenidən aranı qızışdırmaq istəyir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi artıq neçənci dəfədir, kübarca xəbərdarlıq edir, izah edir ki, bizim yer adlarını təhrif etməyin, gerçək durumu heç təhrif etməyin. A balam, faktiki sülhməramsızsız da olsaz, axı sizin Prezidentin də imzası olan Üçtərəfli Bəyanat var, üzərinizə rəsmi şəkildə götürdüyünüz mandat-missiya var, bacarırsızsa, onlarla uğraşın, bacarmırıszsa, çəkin gedin.

Allah qoymasa, guya bizimlə strateji əməkdaşlığa qol çəkmiş dövlətin təmsilçisi olanlar özlərinə-sözlərinə çəki-düzən verməlidir. Üç günə Kiyevdə parad keçirəcəklərinə inananlar 3X3 (=9) aydan sonra da, arzulanan paradı üfüqdə belə görə bilmirlərsə, başqa bir coğrafiyada farağat dayanmasını bilməlidir.

***

Bu arada, ölkənin təxirəsalınmaz beynəlxalq gündəliyi varkən, bir də görürsən, “radikal müxalifət” yarlığı belində olanlar da bu yanda qaşınmayan yerdən qan çıxarmağa, “itotu, bağayarpağı” ilə baş qatmağa çalışır. Nə üçün? Yoxsa, görürlər, bilirlər, idrak edirlər ki, Prezident İlham Əliyevin düşünülmüş, məqsədyönlü, prinsipial siyasəti nəticəsində qarşı dönəmdə Azərbaycan yeni uğurlara imza atacaq, ona görə rahatsızdırlar? O uğurlarımı qısqanırlar – qısqanırlarmı ki, niyə İlham Əliyevin rəhbərliyi ilə qazanılır? Bu əsil ictimai-siyasi xadimin, dövlət xadiminin mövqeyi ola bilməz – bu, yalnız keçici siyasi maraqlar peşində olanların, illa hakimiyyət zirvəsinə qalxmaqçün çalışanların mərəzidir. Mərəz isə heç Mərəzəyədək də sosial baza toplamağa imkan verməz, o da ola ümumrespublika səviyyəsində... Məsələn, Milli Məclisin keçmiş üzvü Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşının şikayəti əsasında müvəqqəti saxlanılması və ifadəsi alındıqdan sonra sərbəst buraxılması üzərindən, adi hüquqi prosedurun növbəti siyasiləşdirməyə çevrilməsi cəhdini gördük. Məsələn, müvafiq dövlət orqanlarının Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi müvafiq tədbirlər hüquq müstəvisində reaksiya görməliykən, ifrat siyasiləşdirməyə gedildiyini görməkdəyik. Korrupsiyaya qarşı aparılan mübarizənin nə Naxçıvanı, nə Lənkəranı? Korrupsiya korrupsiyadır – digər ərazilərdə ona qarşı necə mübarizə aparılırsa, Naxçıvanda da aparılmalıdır, aparılır və aparılacaq.

Dövlət baba eşidir, görür, bilir... Rahatsız olmayasız.

Dövlətimiz zaval görməsin!

Bakıvaxtı.az


SON XƏBƏRLƏR