• Bakı 21° C

    6.82 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.0859

ABŞ-nin bomba xəbərdarlığına Gürcüstandan sərt reaksiya: YALANDIR - YENİLƏNİB
DÜNYA
07 May 2025 | 21:21

ABŞ-nin bomba xəbərdarlığına Gürcüstandan sərt reaksiya: YALANDIR - YENİLƏNİB

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Tbilisidə üç böyük ticarət mərkəzində partlayış təhlükəsi barədə məlumatı təkzib edib.

Bakıvaxtı.az xəbər verir ki, xüsusi xidmət məlumatları yalan adlandırıb. 

"Xüsusi xidmətlər daha bir yalan məlumat üzərində işləyir", - qurumdan bildirilib. 

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti xarici diplomatik missiyaları milli kəşfiyyat xidmətlərinin işinə hörmətlə yanaşmağa, ictimai şərhlər hazırlayarkən ehtiyatlı olmağa və razılaşdırılmamış bəyanatlardan çəkinməyə çağırıb.

 

***20:42

ABŞ-nin Gürcüstandakı səfirliyi Tbilisidəki üç böyük ticarət mərkəzinə bomba qoyulması ilə bağlı xəbərdarlıq edib. 

Bakıvaxtı.az xəbər verir ki, Amerika diplomatik missiyasının rəsmi saytında müvafiq məzmunlu yazı dərc olunub.

“Nəzərinizə çatdıraq ki, ABŞ səfirliyi Gürcüstanın paytaxtında üç ticarət mərkəzinə bomba qoyulması ilə bağlı məlumat öyrənib”, - bəyanatda deyilir.

Xüsusilə, söhbət şəhərin kənarındakı "East Point" ticarət mərkəzlərindən və şəhərin mərkəzindəki "Galleria Tbilisi"dən gedir. Bombanın partlaya biləcəyi üçüncü ticarət mərkəzi Gürcüstan paytaxtının şimal girişində yerləşən "Tbilisi"dir.

Səfirliyin Tbilisidə Regional Təhlükəsizlik İdarəsi bütün diplomatik missiya işçilərinə növbəti xəbərdarlıq edilənə qədər bu ərazilərdən uzaq durmağı tövsiyə edib.


SON XƏBƏRLƏR

07 May 2025