Bu gün Bakıda Azərbaycan tərəfinin vasitəçiliyi ilə İsrail və Türkiyə nümayəndələri arasında danışıqlar keçiriləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Qeyd edək ki, bir müddət öncə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri planlaşdırılmışdı.
Lakin bu səfər regionda, xüsusilə Qəzza zolağında genişlənən hərbi əməliyyatlarla əlaqədar təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən təxirə salınıb.
Xatırladaq ki, aprelin 9-da da Azərbaycanda Türkiyə və İsrail arasında görüş baş tutub.