Gürcüstan parlamenti əcnəbilərin ölkədə qalma qaydalarını sərtləşdirən yeni qanunvericilik paketi hazırlayıb.
Bakıvaxtı.az “1TV.GE” telekanalına istinadən xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, dəyişikliklərə əsasən, qaydaları pozan əcnəbilərə tətbiq olunan cərimələr artırılır, ölkədə qeyri-qanuni qalan şəxslərin çıxarılması prosesi isə sadələşdirilir.