“Atletiko Madrid” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid təmsilçisi “Barselona”dan ayrılan Kleman Lanqleni transfer edib.
28 yaşlı fransalı müdafiəçi ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.
O, son mövsümü elə icarə əsasında “Atletiko Madrid”də keçirib.
Qeyd edək ki, Lanqle 2018-ci ildən “Barselona”nın futbolçusu idi.