• Bakı 24° C

    6.6 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Daşkəsəndə həlak olan gizir dəfn edilib - YENİLƏNİB - FOTO
CƏMİYYƏT
26 Iyun 2025 | 10:36

Daşkəsəndə həlak olan gizir dəfn edilib - YENİLƏNİB - FOTO

Bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn olunub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Ordusunun giziri, Zaqatala rayon sakini Sadiq Əsgərov doğulub boya-başa çatdığı Qımır kəndində dəfn edilib.

    Hərbi qulluqçunun dəfn mərasimində qulluq etdiyi hərbi hissənin bir qrup zabit və əsgəri, Zaqatala rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyəti və mərhumun yaxınları iştirak edib.

    Qeyd edək ki, ötən gün 1986-cı il təvəllüdlü Sadiq Əsgərovun içərisində olduğu hərbi hissənin avtomobili idarəetmədən çıxaraq yol kənarındakı qaya daşlarına dəyib. Nəticədə hərbçi aldığı ağır xəsarətlərdən hadisə yerində həlak olub.

    ***

    09:38

    Daşkəsəndə ordumuzun hərbçisi vəfat edib.

    Bakıvaxtı.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Zaqatala rayonundan olan gizir 1986-cı il təvəllüdlü Sadiq Əsgərov “Ural” markalı hərbi nəqliyyat vasitəsinin altında qalaraq həyatını itirib.

    Mərhumun Zaqatalanın Qımır kəndindən olduğu və 3 övladının qaldığı bildirilib.

    Allah rəhmət eləsin!


    SON XƏBƏRLƏR

    25 Iyun 2025