• Bakı 22° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Sabah daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb
İDMAN
26 Iyun 2025 | 14:43

"Sabah" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Sabah" daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Klub Anatoli Nuriyevlə yeni sözləşmə imzalayıb. Anlaşmaya əsasən, 29 yaşlı oyunçu daha bir il "Sabah"ın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü olan yarımmüdafiəçi 2022-ci ildən bakılıların heyətində çıxış edir. O, bu müddət ərzində komandada 105 oyun keçirib və 12 qol vurub. "Sabah" daha əvvəl qapıçı Stas Pokatilovla yeni sözləşmə bağlayıb.


SON XƏBƏRLƏR