• Bakı 21° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Narkotik satan ata və oğul saxlanılıb
HADİSƏ
26 Iyun 2025 | 18:31

Narkotik satan ata və oğul saxlanılıb

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.

Bakıvaxtı.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.

D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


SON XƏBƏRLƏR