Bəzi siyasi liderlər ictimai çıxışlarını hazırlayarkən süni intellektə, xüsusən də ChatGPT-yə müraciət edirlər.
Bakıvaxtı.az "RT"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
“Deyirlər ki, bəzi siyasi liderlər çıxış mətnlərini hazırlamaq üçün ChatGPT-dən istifadə edirlər”, — Tokayev qeyd edib.
Qazaxıstan Prezidenti konkret hansı siyasətçilərin bu alətdən istifadə etdiyini açıqlamayıb.