• Bakı 24° C

    4.73 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Bakıda güclü PARTLAYIŞ - VİDEO - YENİLƏNİB
HADİSƏ
27 Iyun 2025 | 00:06

Bakıda güclü PARTLAYIŞ - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Bu barədə Bakıvaxtı.az-a FHN-dən bildirilib.

***

23:58

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

    Əlavə məlumat veriləcək.

    ***

    23:56

    26.06.2025-ci il tarixində saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib

    Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.

    Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

    Ətraflı məlumat veriləcək.

    ***

    23:51

    Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayış baş verib.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

    Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

      Əlavə məlumat veriləcək.

      Qeyd edək ki, bəzi media resurslarında “Alov” zavodunda partlayış-yanğın baş verməsi barədə verilmiş məlumat həqiqətə uyğun deyil.

      ***

      23:49

      Bakıda partlayış C.Cabbarlı adına Kinostudiyanın həyətində baş verib.

      Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

      Məlumata görə, film çəkilişi üçün istifadə olunan protexnik vasitələr partlayıb.

      ***

      23:23

      Bakıda güclü partlayış baş verib.

      Bakıvaxtı.az-ın məlumatına görə, partlayış Kinostudiyanın köhnə pirotexnika sahəsində qeydə alınıb

      Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aidiyyəti xidmətləri cəlb olunub.

      Əraziyə giriş məhdudlaşdırılıb, təhlükəsizlik tədbirləri görülür.

      Əlavə məlumat veriləcək. 

       

       


      SON XƏBƏRLƏR

      26 Iyun 2025