• Bakı 13° C

    8.74 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Hikmət Hacıyev Kupmanla görüşdü
SİYASƏT
03 May 2024 | 00:12

Hikmət Hacıyev Kupmanla görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda səfərdə olan Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktoru Gert Yan Kupmanla görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmisi “X” hesabında məlumat yayıb.

“COP29, minatəmizləmə və digər məsələlər sahəsində Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığı müzakirə etmək üçün Azərbaycandayam. Prezidentin köməkçisi Hikmət Hacıyev və xarici işlər nazirinin müavini Fariz Rzayevlə məhsuldar görüşlərim baş tutdu. Cənubi Qafqazda yaşıl enerji, regional əlaqə və sülhlə bağlı müsbət gündəm yaratmaq üçün mühüm fürsətdir”, - diplomat vurğulayıb.


SON XƏBƏRLƏR