q
  • Bakı 22° C

    9.84 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.3027

İlham Əliyevin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadə KİMDİR? - DOSYE
SİYASƏT
14 May 2026 | 10:35

İlham Əliyevin yüksək vəzifə verdiyi Ağakərim Səmədzadə KİMDİR? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Ağakərim Ağasəməd oğlu Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin edilib.

A.Səmədzadə bu gün nazirliyin kollektivinə təqdim edilib.

Bakıvaxtı.az xəbər verir ki, Ağakərim Səmədzadə bu təyinata qədər ədliyyə və iqtisadiyyat sahələrində fəaliyyət göstərib.

Belə ki, o, Ədliyyə Nazirlihyində İnformasiya texnologiyaları və innovasiyalar idarəsinin rəisi vəzifəsində çalışıb.

2015-ci ilin noyabrında Ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə təltif edilən vəzifəli şəxslər sırasında A.Səmədzadə də olub. O, "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülüb.

Ağakərim Səmədzadə 2024-cü ilin mayında Aədliyyə Nazirliyindəki vəzifəsindən azad edilib.


SON XƏBƏRLƏR

13 May 2026