Baş Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, bir neçə gün əvvəl kanalda boğulduğu ehtimal olunan Nurəddin Məmmədovun meyiti aparılan axtarışlar nəticəsində kanalının İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində aşkarlanıb.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
14:45
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonunun Göhərli kəndi yaxınlığında Baş Muğan kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Bakıvaxtı.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.