• Bakı 21° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

“İnter”in yeni baş məşqçisi məlum olub
İDMAN
09 Iyun 2025 | 20:34

“İnter”in yeni baş məşqçisi məlum olub

İtaliyanın “İnter” komandasının yeni baş məşqçisi məlum olub.

Bakıvaxtı.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Əslən rumın olan Kristian Kivu ilə 30 iyun 2027-ci ilədək müqavilə imzalanıb.

O, 2025-ci ilin fevralında İtaliyanın "Parma" klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 16-cı yeri tutaraq növbəti mövsüm üçün İtaliya çempionatının yüksək divizionunda qeydiyyatını davam etdirməyi bacarıb. Rumıniyalı buna qədər “İnter”in müxtəlif yaş qruplarından ibarət komandalarında çalışıb.

Kivu futbolçu kimi 2007-2014-cü illərdə "İnter"də çıxış edib. Komanda ilə birlikdə 3 dəfə İtaliya çempionu olub, 2 dəfə ölkə kubokunu və superkubokunu qazanıb, bir dəfə Çempionlar Liqasının və Klublararası Dünya Çempionatının qalibi olub.


SON XƏBƏRLƏR